PULSUZ ELANLAR

Saytın tam qaydaları

SELLER.AZ saytında elan verilməsi əsasən İstifadəçi razılaşması ilə tənzimlənir.

Qayda və şərtlərin  pozulması və ya elan və ya reklam üzrə istifadəçilərin çoxsaylı şikayətləri elanın və eyni zamanda onların sahiblərinin akkauntlarının bloklanaraq saytdan kənarlaşdırma ilə nəticələnə bilər.

Nəzərdə saxlayın ki, bütün elanlar əlavə xidmətlərin (premium, VİP və digər) onlara tətbiq edilib-edilməməsindən asılı olmayaraq qaydalara uyğun olmalıdır. Qaydaların pozulması halında hətta ödəniş olunmuş elanlar da blok oluna və ya silinə bilər.

Servisin bütün istifadəçiləri üçün bərabər şəraitin təmin edilməsi məqsədilə hər kəs elan yerləşdirməzdən əvvəl SELLER.AZ-ın qaydaları ilə tanış olmalıdır.

Qaydaların 4 əsas şərti

SELLER.AZ -da dərc olunmur :

  1. Məna və məzmun baxımından oxşar olan elanlar.** Tamamilə eyni məzmunlu və ya məna baxımından oxşar elanların təkrar və ya yenidən  yerləşdirilməsi (elanın onun müddətinin (30 gün) bitmə vaxtından əvvəl saytdan geri götürülməsi və sonradan, təkrar olaraq eyni məzmunla köhnə elan silinməklə və yenisi ilə əvəzlənərək yeni elan kimi yerləşdirilməsi) qadağandır. Tamamilə eyni məzmunlu elan yerləşdirilməsi məhsulun satışını tezləşdirmir, əksinə: satıcılar üçün satış çətinləşir, alıcılar isə təkrarlanan elan arasında uyğun təklifi tapmaq üçün çox vaxt sərf etməli olurlar; Əgər siz məhsulu satmısınızsa, yaxud təklifiniz artıq qüvvədə deyilsə, alqı-satqıdan və ya təklif qüvvəsini itirəndən dərhal sonra elanınızı elanlar siyahısından çıxarın (ləğv edin). Əgər sizin artıq dərc olunmuş və ya baxış mərhələsində olan elanınız varsa, bu elanın təkrarına yol verməməlisiniz!

Məsələn:

- Siz qara rəngli Toyota Prado  üçün elan yerləşdirmisiniz. İlk elanın yerləşdirilməsindən 30 gün ərzində eyni, qara Toyota Prado  elanınız təkrar kimi qəbul olunacaq.

- Siz İphone mobil telefon yerləşdirmisiniz. İlk elanın yerləşdirilməsindən 30 gün ərzində şəkilləri, modeli, qiyməti eyni olan hər hansı İphone mobil telefon olan elanınız təkrar kimi qəbul olunacaq.

  1. Akkauntlarının təkrarlanması.** Bir fiziki və ya hüquqi şəxs üzrə yalnız bir istifadəçi hesabının (akkauntunun) yaradılmasına və istifadəsinə icazə verilir. Texniki analizlər bir istifadəçiyə aid olan hesabları (akkauntları) aşkar etdikdə, bu, sistem tərəfindən təkrar kimi qəbul edilərək akkauntlar avtomatik şəkildə dayandırılır və ya blok edilir;

İstifadəçilərə istifadəçi hesablarını (akkauntlarını) arendaya vermək/götürmək (istifadəçi hesabına daxil olmaq üçün lazımi olan məlumatlar) və ya üçüncü şəxslərə aid hesabları mənimsəmək qadağandır.
Əgər siz aktiv istifadəçi hesabınızdakı (akkaunuzdakı) əlaqə məlumatlarını dəyişmək istəyirsinizsə, bunun üçün yeni istifadəçi hesabına ehtiyac yoxdur. Bunun üçün info@seller.az elektron poçtuna texniki dəstək üçün müraciət etməyiniz kifayətdir. Saytın qaydalarına uyğun olduğu təqdirdə dəyişiklilər təmin ediləcəkdir. Sayt rəhbərliyi dəyişikliklər etmək hüququnu özündə saxlayır.

  1. Elan düzgün kateqoriyada yerləşdirilməlidir.** Saytda elanın məhsulun tipinə, təyinatına, özəlliyinə, məqsədinə, elanın başlığındakı adına uyğun olmayan kateqoriyada yerləşdirilməsi və ya saytın istifadəçilərində anlaşılmazlıq yaradan digər məlumatın yerləşdirilməsi qadağandır.

Elanla bağlı düzgün məlumatlar yerləşdirin. Elandakı bütün məlumatlar həqiqəti əks etdirməlidir. Elanınızın məzmununa maksimum ən uyğun kateqoriya, tip, görünüşü seçin – bu, onun həm potensial müştərilər, həm də axtarış sistemləri tərəfindən tapılması şansını yüksəldir. Elanın düzgün olmayan bölmədə və ya başlıqda yerləşdirilməsi onun silinməsinə və ya daha uyğun bölmə və ya başlıqda yerləşdirilməsinə səbəb ola bilər.

  1. Qadağan olunmuş məhsul və xidmətlər** Qadağan edilmiş məhsullar və xidmətlər olan elanların yerləşdirilməsinə yol verilmir. Eyni zamanda, elanda (başlıq, mətn, video) və ya istifadəçi adında erotik, pornoqrafik, ədəbsiz, ekstremist və ya seller.az-ın tələblərinə cavab verməyən digər məzmun və anlayışların istifadəsi yol verilməzdir.

Dərc etmə qaydaları. 1-ci hissə (b. 1-7)

1. Başlıq

Elanın başlığı qısa, təqdim olunan məhsul və xidmətlərə uyğun və münasib olmalıdır. Başlıq – potensial müştərinin diqqətinə çatdırılan ilk şeydir. Çalışın ki, onu dəqiq və qısa edəsiniz (maksimum simvol sayı: 100).

Başlıqda yol verilmir:

Bütünlüklə və ya ayrı-ayrı sözlərdə baş hərflər (abreviaturalar - ixtisarlar istisna olmaqla);

  • Düzgündür: Hyundai matrix
  • Yanlışdır : HYUNDAI MATRIX
  • Düzgündür: Samsung Galaxy J2 Prime
  • Yanlışdır: SAMSUNG Galaxy J2 Prime

Əlaqə məlumatları (telefon nömrəsi, elektron ünvan, sayt ünvanı);

  • Düzgündür: Bağ üçün alətlər
  • Yanlışdır: Bağ üçün alətlər, 123-45-67 zəng edin
  • Düzgündür: Stol və stullar
  • Yanlışdır: Stol və stullar, [email protected] yazın
  • Düzgündür: Maşın oturacaqları üçün üzlük
  • Yanlışdır: Maşın oturacaqları üçün üzlük, maşın.com a daxil olun
  • Qeyri-hərf simvollar(*^@<>), həmçinin, çoxlu sayda nida (!!!!!) və ya sual (????) işarələri;
  • Düzgündür: İphone X
  • Qadağandır: <<@ İphone X !!!!!!!!@>>
  •  

Təkrarlanan açar söz və ifadələrin (teqlər) yığımından istifadə

. Axtarış sistemləri onları indeksləşdirmə yox, spam kimi qəbul edə bilər və bu da reklamınızın axtarış nəticələrində üzə çıxmamasına səbəb olar;

  • Düzgündür: Sifarişlə portret
  • Qadağandır: Portret sifariş etmək.Sifarişlə portret Bakı. Bakı portret sifariş etmək Bakıda. Bakı portret Bakının şəkli üzrə portret. Bakı portret Bakıda sifarişlə. BAKI PORTRET SİFARİŞ ETMƏK Art Studiyada AKSİYA Bizimlə həmişə qazanclıdır!

2. Məbləğ, Mübadilə, Ödənişsiz

Elanda Məbləğ parametrini təyin etmək bu parametrin nəzərdə tutulduğu kateqoriyalarda məcburidir. Əgər siz məhsulu razılaşdırılmış məbləğə satmaq istəyirsinizsə, istədiyiniz məbləği daxil edin, ancaq “Təsvir” hissəsində açıqlama verin.

Diqqət edin  ki, şərti olaraq məbləğ göstərilməsi (məsələn, 1 manat, 11 manat və .s) qadağandır və sizin elanınızın silinməsi üçün əsas ola bilər. Məbləğ yalnız manatla göstərilməlidir.

Nəzərə alın ki, əgər siz məhsulu pulsuz vermək istəyirsinizsə, “Məbləğ” bölməsini boş saxlamalısınız. Əks halda bu, sizin elanınızın silinməsinə səbəb ola bilər.

Əgər siz məhsulu barter edirsinizsə, bunu da “Təsvir” hissəsində barter şərtlərini əlavə etməklə göstərin. (dəyişdirmək niyyətində olduğunuz məhsul və ya xidmət)

  • Yalnız barterlə bağlı olan elan saytda yerləşdirilmir.
  • Alğı-satqı barədə elanlar saytda yerləşdirilmir. (Əgər siz hansısa məhsul və ya xidmətlə maraqlanırsınızsa, təklif edirik ki, xidmət axtarışından istifadə edəsiniz. Siz xidmətin əsas səhifəsindəki Axtarış bölməsindən lazımi açar sözləri daxil etməklə və ya filter və ya açar sözləri istədiyiniz kateqoriya üzrə seçməklə istifadə edə bilərsiniz).

Hətta əgər siz ödənişli elan yerləşdirirsinizsə, qaydaları pozduğunuz təqdirdə elanınız ləğv olunacaq. Bu halda sizin ödənişiniz geri QAYTARILMAYACAQ.

3. Elanın təsviri (xarakteristikası)

Potensial müştərilər daim açar sözlər vasitəsilə konkret məhsulu axtarırlar. Bu səbəbdən bir yerləşdirmədə ona aid qiymət və şəkillə birlikdə yalnız bir məhsulun (predmetin, obyektin) göstərilməsi çox vacibdir.

Təsvir hissəsində müxtəlif bölmələrə və kateqorityalara aid olan məhsulların yerləşdirilməsinə yol verilmir. (məsələn: bir elanın içində Telefon və Televizor, Geyim və Mebel, Kompyuter və Fotoaparat, Velosiped və İt və.s. yerləşdirilməməlidir).

Təsvir tam şəkildə başlığa və təklif olunan məhsula/xidmətə uyğun olmalıdır. Bir elanda bir məhsulun, predmetin, xidmətin təsvirinə icazə verilir. Mətnin ilk 2-3 sətri elanınızın ən cəlbedici hissəsi olmalıdır, çünki ilk gözə çarpan başlıq və elanın mətninin ilk cümləsidir. Qrammatik cəhətdən düzgün və diqqətlə yazın, yazı səhvlərinə yol verməyin, fikirlərinizi dəqiq ifadə edin.

Məhsulun bütün detalları, xarakterik xüsusiyyətləri və keyfiyyətləri təsvirdə göstərilməlidir. Təsvir əvəzinə məhsul haqqında müştərinin daha ətraflı tanış olması üçün  link yerləşdirmək qadağandır. Heç də bütün istifadəçilərin məhsul haqqında daha ətraflı oxumaq üçün tanınmayan bir linkə daxil olmağa vaxtı və marağı olmur. Linkin yerləşdirilməsinə yalnız məhsulun və ya xidmətin təsviri barədə daha ətraflı məlumat vermək üçün yol verilir.

Dəqiq olmayan və ya yalnış məlumatın göstərilməsi, həmçinin, məhsulların qüsurlarının gizlədilməsi elanın silinməsinə səbəb ola bilər. Məzmun və içindəki detallar baxımından təkrar olan elanların yerləşdirilməsi qadağandır. Transliterasiya – rus sözlərinin latın hərfləri ilə yazılmasına yol verilmir.

DİQQƏT EDİN : təsvirdə telefon nömrəsinin, elektron ünvanın (poçtun), Skype, İnstagram, Facebook və digər sosial şəbəkələrdəki hesabların linklərinin göstərilməsi qadağandır. Telefon nömrəsi və elektron ünvan (poçt) üçün ayrıca sətir var.

4. Şəkil

Elanınıza mütləq şəkil əlavə edilməlidir (hər başlıq üzrə 12-ə qədər şəklə icazə verilir). Analoji, nəzərə çarpmayan şəkildən fərqli olaraq, məhsulun keyfiyyətli, dəqiq və real şəklini görən müştəri sizin təklifinizlə daha çox maraqlanır.

Məhsulu/xidməti təsvir edən şəkil başlığa və elanın mətninə uyğun olmalıdır. Şəkildə yalnız təklif olunan obyekt nümayiş etdirilməlidir.

Təsvir edilən obyektin seçilmədiyi, keyfiyyətsiz şəklin əlavə edilməsinə yol verilmir. Həmçinin, erotik və pornoqrafik tərkibli şəkillərin yerləşdirilməsi qadağandır.

Şəkildə hər hansı əlaqə vasitəsinin (sayt linki, Skype, İCQ, sosial şəbəkə İD-ləri, digər messencerlərin və oxşar şəbəkələrin İD-ləri, həmçinin, rəqabətli xidmətlərin loqotiplərinin ) göstərilməsi qadağandır.

Stok (şablon) şəkillər üzrə qayda

Yalnız öz şəkillərinizi yerləşdirin.

Təklif olunan məhsulla əlaqəsi olmayan, qeyri-real, internetdən yüklənmiş və ya kataloqlardan skan edilmiş bütün stok (şablon) şəkillər ciddi şəkildə tədqiq olunacaq və dərc olunmaya bilərlər. Bir sıra bölmə və kateqoriyalar üzrə real şəkillərin olması məcburidir: Transport (bütün kateqoriyalar üzrə), Daşınmaz əmlak (bütün kateqoriyalar üzrə), Heyvanlar (bütün kateqoriyalar üzrə), Şəxsi əşyalar (yalnız geyim və ayaqqabı bölməsi üzrə),Elektronika, Ev və bağ üçün, İş və biznes, Hobbi və asudə vaxt kateqoriyaları üzrə şəkil mühüm deyil, lakin əgər sistem sizin məhsulunuza uyğun şəkil tapa bilmədikdə sizin elanınız dərc olunmaya bilər.

Xahiş edirik, elanın uğurla qəbul edilməsi üçün öz (uyğun) şəklinizi yerləşdirin. Yuxarıda qeyd olunan qaydalara cavab verməyən şəkillərin hamısı silinəcəkdir.

5. Şəxsi əlaqə məlumatı

Adınız bölməsi adınızı qeyd etmək üçün nəzərdə tutulmuşdur.

Bu sətirdə istənilən digər əlaqə məlumatının (telefon, elektron ünvan (poçt), Skype, İCQ) daxil edilməsi qadağandır.

6. Elektron ünvan (poçt)

Sizin elektron ünvanınız (poçtunuz)  şəxsi hesabınıza daxil olmaq üçün istifadə edilir.

Bir istifadəçi üçün (hüquqi və ya fiziki şəxs kimi) yalnız bir istifadəçi hesabı (akkaunt) ola bilər. Texniki analiz əsasında bir istifadəçiyə məxsus bir neçə hesab aşkarlandıqda sistem tərəfindən təkrar kimi nəzərə alınacaq və avtomatik ləğv ediləcək və ya bloklanacaq.

İstifadəçilərə istifadəçi hesablarını arendaya vermək/götürmək (istifadəçi hesabına daxil olmaq üçün lazımi olan məlumatlar) və ya üçüncü şəxslərə özgəninkiləşdirmək qadağandır.

7. Telefon

Mütləq şəkildə işlək və özünüzə məxsus telefon nömrəsi göstərin – bu sizin sürətli və uğurlu əməliyyat aparma şansınızı yüksəldəcək.

Nəzərdə saxlayın ki, digər şəxsə narahatlıq yaratmaq məqsədi ilə başqasının nömrəsini qeyd etmək qadağandır və sizin istifadəçi hesabınızın (akkauntunuzun) bərpa hüququ olmadan blok olunmasına səbəb olacaq.

Telefon nömrəsi müvafiq sətirdə qeyd olunmalıdır. Telefon nömrəsinin elanın başlığında qeyd olunması qadağandır.

Elan yerləşdirmənin ümumi qaydaları. 2-ci hissə (m. 8-11)

  1. Elanı yalnız konkret məhsul və xidmətlər barəsində verin – ümumi reklam xarakterli və ya konkret təklif irəli sürməyən elanlar yolverilməzdir. Həmçinin, məhsulların hərrac yolu ilə satılması, hərracların köçürülməsinin reklam edilməsi qadağandır.
  2. Reklam xarakterli məlumatlar, həmçinin aşağıdakı tip reklamlar barədə tanıtım ehtiva edən elanlar qadağandır: - internet resursları (portallar, forumlar, tanışlıq saytları və.s); - biznes (mağazalar, kompaniyalar) və məhsulların, xidmət və qiymətlərin çeşidinin sadalanması. Məsələn, “Bizim mağazamız bütün həftə saat 10-dan 22-dək işləyir”.
  3. Gəlir əldə etmək üçün şübhəli (əsassız) üsullar barədə (internet üzərindən olan üsullar da daxil olmaqla) elan yerləşdirilməsi yolverilməzdir. Məsələn, "Elektron pul kisəsinə 10 manat yükləyin və daha çox qazanın".
  4. İcazəsiz və istifadə hüququ olmadan tanınmış brendlərin loqoların və ticarət nişanlarının elanda və ya istifadəçi adında istifadə edilməsi qadağandır.

Yuxarıda qeyd olunan Qaydalardan hər hansı birinin pozulması elanın silinməsi üçün əsas ola bilər. (müvəqqəti olaraq – redaktə etmək imkanı olmaqla, həmçinin qəti olaraq – bərpa etmək hüququ olmadan).

Yuxarıda qeyd olunan Qaydalardan hər hansının pozulması, həmçinin digər istifadəçilərin çoxsaylı müraciəti istifadəçi hesabının (akkauntun) bloklanması ilə nəticələnə bilər.

Qaydalar ödənişli xidmətlərin göstərilib-göstərilməməsindən (VİP, Premium və s.) asılı olmayaraq BÜTÜN elanlara şamil olunur. Qayda pozuntularına yol verilibsə, haqqı ödənilmiş elanlar da ləğv edilə bilər.

Əgər xidmət artıq göstərilibsə, ödənişli xidmətlərə görə ödənilmiş haqqı geri ÖDƏNİLMİR. Həmçinin, xidmətin göstərilməsinin başlama vaxtı daha sonraya / əvvələ dəyişdirilmir, xidmət başqa elana keçirilə bilməz.

Hər bir dərc olunmamış elana görə istifadəçinin elanı dərc edərkən göstərdiyi e-mail ünvanına elanın silinməsinin səbəbini izah edən avtomatik servis bildirişi (mesajı) göndərilir.

SELLER.AZ saytının Rəhbərliyi Qaydaların istənilən vaxt birtərəfli qaydada, öncədən məlumat vermədən (xəbərdarlıq etmədən) dəyişdirilməsi və/və ya yenilənməsi hüququnu özündə saxlayır.