110 AZN
Mühasibat dərsləri
Şəhər | Bakı |
Yeni? | Bəli |
Əsas kateqoriya | Xidmətlər |
Kateqoriya | Təlim, Hazırlıq kursları |
Mühasibat dərslərini kursda, ofisdə və evdə əyani, həmçinin onlayn qaydada çox sadə metodika ilə tədris edirik. Dərslər təcrübəli baş mühasib, həm də müəllim tərəfindən həddindən asan formada aparılır. Sıfırdan başlayaraq son nəticənin alınmasınadək mühasibatlığın bütün bölmələri öyrədilir. Tələbə mövzunun birini tam mənimsəyəndən sonra digər mövzuya keçilir. Tədris zamanı 2 ay mühasibat nəzəriyyəsi və praktiki təlim, 1 ay 1 C Kompüter mühasibat proqramının istənilən versiyası və zərurət yaranacağı təqdirdə 1 ay BTP proqramında hesabatların tərtib olunması və göndərilməsi qaydaları yüksək səviyyədə öyrədilir. Hər bir ayda 12 saat dərs keçirilir. Tələbə dərsdən dərsə özünün biliklərinin çoxaldığını və inkişaf etdiyini hiss edir. Tələbənin arzusu ilə sürətli tədrisə də keçmək olar. Mühasibatlıq sahəsində elementar biliyə malik olanlara qısaldılmış formada tədris mümkündür. Birinci dərs sınaq dərsidir və pulsuzdur. Hər ayın sonunda imtahan keçirilir. Tələbənin buraxdığı səhvlər ona izah edilir və düzgün variant bildirilir. Hər bir tələbəyə yüksək diqqət və qayğı ilə yanaşılır. Müəssisələr və fiziki şəxslərə mühasibat xidmətləri göstərilir. Aylıq, rüblük, illik hesabatlar BTP proqramında tərtib edilib göndərilir. Müxabirləşmələr, kassa və bank əməliyyatları aparılır, balans tərtib edilir.