110 AZN
Tofiq Əkbər Haqverdiyev
Şəhər | Bakı |
Yeni? | Bəli |
Əsas kateqoriya | Xidmətlər |
Kateqoriya | Təlim, Hazırlıq kursları |
Mühasibat dərslərini kursda, ofisdə və evdə əyani, həmçinin onlayn qaydada çox sadə metodika ilə tədris edirik. Dərslər təcrübəli baş mühasib, həm də müəllim tərəfindən həddindən asan formada aparılır. Sıfırdan başlayaraq son nəticənin alınmasınadək mühasibatlığın bütün bölmələri öyrədilir. Tələbə mövzunun birini tam mənimsəyəndən sonra digər mövzuya keçilir. Tədris zamanı 2 ay mühasibat nəzəriyyəsi və praktiki təlim, 1 ay 1 C Kompüter mühasibat proqramının istənilən versiyası və zərurət yaranacağı təqdirdə 1 ay BTP proqramında hesabatların tərtib olunması və göndərilməsi qaydaları yüksək səviyyədə öyrədilir. Hər bir ayda 12 saat dərs keçirilir. Tələbə dərsdən dərsə özünün biliklərinin çoxaldığını və inkişaf etdiyini hiss edir. Tələbənin arzusu ilə sürətli tədrisə də keçmək olar. Mühasibatlıq sahəsində elementar biliklərə malik olanlara qısaldılmış formada tədris mümkündür. Hər bir tələbəyə yüksək diqqət və qayğı ilə yanaşılır. Aylıq, rüblük, illik bəyannamələrin BTP proqramında tərtibi və təqdim edilməsi, elektron qaimələrin göndərilməsi, vergilərin, məcburi sosial sığorta ayırmalarının, icbari tibbi sığorta, işsizlik sığortası məbləğlərinin hesablanması, onların bank müştəri vasitəsilə, yaxud onlayn qaydada köçürülməsi, əmək haqqının hesablanması, bir sözlə mühasibatlığın tam aparılması da mümkündür.