PULSUZ ELANLAR

100 AZN


Panoramik lift

Eco System MMC

Şəhər Bakı
Yeni? Bəli
Əsas kateqoriya Xidmətlər
Kateqoriya Təmir və Tikinti xidmətləri

ECO-SYSTEM MMC sərnişin və yük liftləri sektorunda Türkiyənin (SRL ASANSÖR), və Çinin (ECOLİFT) şirkətinin Azərbaycanda rəsmi nümayəndəsidir. Lift şirkətimiz 5 ildən artıqdır ki, liftlər quraşdırır və mövcud olduğumuz müddət ərzində müxtəlif layihələrin həyata keçirilməsində böyük təcrübə toplamışıq. Mütəxəssislərimiz yaşayış binalarında, inzibati binalarda, xəstəxanalarda və digər binalarda liftlərin quraşdırılması ilə məşğul olurdular. Bütün növ liftlərin quraşdırılmasını bizdən sifariş edə bilərsiniz: sərnişin, yük, xəstəxana,köməkçi liftlər və s. Panoramik lift – prestij, dəbli və keyfiyyətli avadanlıqdır. Bu növ liftlər otellər, restoranlar, biznes, istirahət və ticarət mərkəzlərində istifadə üçün nəzərdə tutulmuşdur. Son zamanlar isə şəxsi mülklərdə də istifadəsinə rast gəlinir. Panoramik liftlər yerləşdirildiyi binaya xüsusi estetik görünüş qatdığına görə ilk baxışdan diqqəti özünə cəlb etməkdən savayı, öz funksionallığa görə də digər liftlərdən seçilir. Sərnişinlərin şəffaf şüşə liftdən istifadə zamanı ətraf panoramadan həzz almaq imkanı yarandığına görə bu cür liftlər “panoramik liftlər” adlanır. Binanın arxitekturasına uyğun olaraq 0.63 m/s ilə 2.5 m/s arası sürətə malik panoramik liftlər quraşdırmaq mümkündür. Sınmayan şüşədən hazırlandığı üçün hansısa təhlükə anında sərnişinlərə zərər toxunmaz. Kabina şəffaf şüşə ilə əhatələndiyi üçün insanlara rahatlıq verir və sərnişinlər bu səbəbdən qapalı kabina əvəzinə panoramik lifti üstün tuturlar. Şüşə liftlərdən istifadə zamanı sərnişinin kefi daha da xoş olur, analoji olaraq bu da avadanlığın daha çox insan tərəfindən istifadəsinə yol açır. Beləliklə, məkanın daha cəlbedici olmasına imkan yaranır. Bu tip hərəkət isə mərkəzin estetik interyerini dəfələrlə gözəlləşdirir və daha da dəyərli edir. Panoramik liftlərin quraşdırılması və istifadəsi üçün şaxtaya ehtiyac yoxdur. Bu isə daha çox yerin qənaət olunması deməkdir. Panoramik liftlərin konstruksiyası onu binanın daxilindən və ya xaricində quraşdırılmasına imkan verdiyi üçün, bu cür liftlər paytaxt Bakımızın doğmalığına bir az da gözəllik qatır. Şüşə liftlər şəhərin arxitekturasına özəllik və mükəmməl effektlər əlavə edir. Binanın arxitekturasına uyğun olaraq, hidrovlik və elektrik seçimlər mövcuddur. Ünvan: Əhməd Rəcəbli, 1/25, 5-ci mərtəbə 505-ci otaq Bakı, Nərimanov P.S Qiymət şərti qeyd olunub.

Paylaş:

Oxşar elanlar