400 AZN
Mühafizəçi işi axtarıram
Şəhər | Bakı |
Yeni? | Bəli |
Əsas kateqoriya | İş elanları |
Növ: | İş axtarır |
CV Bacarıqlar Kurs/treyninq "İnam intellektual inkişaf mərkəzi" "Kompüter texnologiyasının əsasları" proqramı üzrə 01.01.2008-01.06.2008-ci il (NC, MS DOS, Windows, MS Word, MS Excel, MS Power Point və internet) 48 saatlıq kursu bitirmiş və Attestasiya Komissiyasının 2008-ci il 11 iyun tarixli protokoluna əsasən buraxılış imtahanını müvəffəqiyyətlə vermişəm. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, Mülki Müdafiə Qoşunlarının Mərkəzi Mülki Müdafiə kursları, Obyektlərin mühafizəsi kateqoriyası üzrə tam proqramı bitirib, sertifikat almışam. Dil bilmə bacarıqları Azərbaycan dili- oxuma, yazma, danışıq - Əla Türk- oxuma, yazma, danışıq - Əla Rus- oxuma, yazma, danışıq - Orta Hərbi xidmətdə olmuşam. Qoşun növü FHN, yanğınsöndürən Təhsil - Ali "Təfəkkür" universiteti - Jurnalistika 2004-2008 Azərbaycan Dövlət İqtisad Universiteti - Maliyyə və kredit 2010-2012 Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit fakultəsini bitirməklə maliyyə sistemini dərindən mənimsəmiş və nəzəri biliklərini əldə etmişəm. Əldə etdiyim bilikləri iş praktikasında daha da gücləndirib, maliyyə sahəsində yeni məlumatlar qazanmışam. İş təcrübəsi “Azərpoçt” MMC - Əməliyyatçı 02.08.2010 - 07.10.2011 İş öhdəliyi: Gündəlik anbar materiallarının say uçotunun aparılması, qaimə-fakturalarla şöbələrə göndəriləcək malların çeşidlənməsi və düzgün yerlərə yığılması. İşdən ayrılma səbəbi: Ştat ixtisarı. “Kamal-99” Supermarket - Mühafizəçi, 09.01.2012 - 02.11.2012 İş öhdəliyi: Mağazaya daxil olan müştərilərlə etik normalar çərçivəsində davranmaq, gülərüz münasibət göstərmək. Mağazanın daxili təhlükəsizliyini təmin etmək və nəzarət altında saxlamaq, kamera vasitəsilə nəzarəti təmin etmək. İşçi personal iş yerini tərk etdikdən sonra bütün elektrik avadanlıqlarını (kondisaner, qızdırıcı qurğular, uzadıcılar) elektrik şəbəkəsindən ayırmaq, yanğın və daxili təhlükəsizlik qaydalarına riayət etmək. İşdən ayrılma səbəbi: İş yerini dəyişmək. “Dizain Qlas” MMC - Ofis meneceri, 18.01.2013 - 05.07.2013 İş öhdəliyi : Ofisdaxili kargüzarlıq, müqavilə və sənədlərlə işləmək. Məktublaşma və yazışmaların aparılması, sifarişlərin qəbulu. İşdən ayrılma səbəbi: Mağaza sahibkarlıq fəaliyyətinə başladığım üçün şəxsi ərizəmlə işdən ayrılmışam. “Dekor Aləmi” mağazası - Sahibkar, 08.05.2014 - 10.10.2017 İş öhdəliyi : Mağaza fəaliyyəti. Toy, nişan, xına, ad günü aksesuarlarının, şirniyyat məhsullarının satışı. Həm yerində, həm onlayn qaydada sosial media hesabları ilə satış. İşdən ayrılma səbəbi: Mağaza sahibkarlıq fəaliyyətinə xitam vermişəm. Tibb universitetinin tədris-terapevtik klinikası - Mühafizəçi 12.01.2018 - 27.10.2018 İş öhdəliyi : Klinikaya daxil olan pasiyentləri və qonaqları etik davranış qaydaları çərçivəsində qarşılanmaq, gülərüz münasibət göstərmək, düzgün istiqamətləndirmək. Növbəni təlimata uyğun şəkildə təhvil almaq və təhvil vermək. Daxili nizam-intizam və etik davranış qaydalarına riayət etmək. Yanğın və şəxsi təhlükəsizlik qaydalarına əməl etmək. Xidmət zamanı baş verən hallar barədə növbə rəisinə mütəmadi məruzə etmək. İşdən ayrılma səbəbi: Ştat ixtisarı. "Evro servis" (Köhnə Volvo servis) Avtoservisdə servis administratoru. 01.04.2019 - 23.07.2021 "Evro servis" (köhnə Volvo servis) Avtoservisdə servisin administratoru. 01.04.2019 - 23.07.2021 İş öhdəliyi : Hər növ avto xidmət göstərən servisin daxili nizam-intizam və nəzarətinin təşkili. Fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan icarədarlarla müqavilələrin bağlanması, fəaliyyətinə xitam verən icarədarlarla təhvil - təslim işlərinin aparılması, yeni icarədarlarla əlaqələrin qurulması və servisdə fəaliyyətə başlaması üçün bütün prosedur qaydaları həyata keçirmək. Müqavilələr hazırlamaq, servisin daxili qayda və qanunlarını izah etmək. İşdən ayrılma səbəbi : Paralel olaraq digər işdə çalışdığım üçün vaxt məhdudiyyəti baxımından, şəxsi istəyimlə işdən ayrılmışam. "Mars Overseas Baku LTD" - Nəzarətçi 23.07.2021 - 20.10.2021 İş öhdəliyi: Buraxılış nəzarət sisteminin həyata keçirilməsi. Ofisin daxili təhlükəsizliyini təmin etmək və nəzarət altında saxlamaq, 24 saat ərzində kamera vasitəsilə bütün şirkətin nəzarətini təmin etmək. İşçi personal iş yerini tərk etdikdən sonra bütün elektrik avadanlıqlarını (kondisaner, qızdırıcı qurğular, uzadıcılar) elektrik şəbəkəsindən ayırmaq, yanğın və daxili təhlükəsizlik qaydalarına riayət etmək. Növbəni təlimata uyğun şəkildə təhvil almaq və təhvil vermək. Daxili nizam-intizam və etik davranış qaydalarına riayət etmək. Yanğın və şəxsi təhlükəsizlik qaydalarına əməl etmək. Xidmət zamanı baş verən hallar barədə növbə rəisinə mütəmadi məruzə etmək. Ofisə daxil olan qonaqları etik davranış qaydaları çərçivəsində qarşılanmaq və lazımı ünvana yönəltmək. İşdən ayrılma səbəbi: Müqavilə müddətinin başa çatması. Əlavə məlumat İnsanlara qarşı hörmət və nəzakətli davranışım sayəsində hər kəslə çətinlik duymadan ünsiyyət qura bilirəm. Sıx iş qrafiki zamanı belə sakit və məntiqli düşünmə qabiliyyətimi itirmirəm, qarşıma qoyduğum işi sona qədər yerinə yetirirəm. Dəqiqlik, gülərüzlük, dürüstlük, səliqəli görünüş mənim üçün əsas meyarlardan sayılır. Yuxarıda sadaladığım özəlliklərə əsaslanaraq şirkətinizə əlavə gəlir gətirəcəyimə əminəm. Bacarıqlarımı sizə iş praktikasında sübut etməyə şad olaram.