PULSUZ ELANLAR

500 AZN


Xadimə

Swissdent klinikası (ofis)

  • Yeniləndi:
    4 Dec 2024
  • Baxışların sayı: 312
Şəhər Bakı
Yeni? Bəli
Əsas kateqoriya Xidmətlər
Kateqoriya Təmizlik

İş barədə: •Şirkətə məxsus ərazilərin təmizlik işlərinin görülməsi, sanitariya və gigiyenik cəhətdən tam təmiz saxlanılması •Döşəmənin süpürülməsi və yuyulması •Pəncərə və qapıları yuyulub təmizlənməsi •Şüşələrin silinməsi •Sanitar qovşaqlarının qrafik üzrə təmizlənməsi •Mebel və avadanlıqların tozunun alıması •Mətbəxin, mətbəx avadanlıqları və əşyalarının təmizliyinin təmin olunması, qabların yuyulması •Çayın hazırlanması, rəhbər heyətə və qonaqlara çay xidmətinin göstərilməsi •Təmiz xidməti üzrə şirkət əməkdaşlarının dəstəklənməsi •Rəhbərlik tərəfindən həvalə olunmuş vəzifəsinə uyğun digər işlərin icrası •Təmizlik işlərinin aparıldığı sahələrdə şirkət əmlakına zərər vurmaqdan qaçınmaq, istismar və təhlükəsizlik qaydalarına həsasas yanaşmaq, təlimatlara riayət etmək, bilmədiyi (şübhə ilə yanaşdığı) hallarda rəhbərlikdən soruşmaq •Ona təhkim olunmuş təmizlik vasitələri və avadanlıqlarının istismarına həssas yanaşmaq, təmizlik vasitələri ilə işləmə təlimatına riayət etmək •Təmizlik və sanitariya qaydalarının pozulması halları (o cümlədən şirkət işçiləri tərəfindən pozularsa) haqqında rəhbərliyə məlumat vermək •Əmək və icra intizamının, sanitariya qaydalarının, yanğından mühafizə və təhlükəsizlik texnikasının tələblərinə riayət etmək •Şirkətin kommersiya sirri hesab olunan, o cümlədən şirkət heyəti və pasiyentlər haqqında məlumatları yaymamaq •6 günlük iş qrafiki •Əmək müqaviləsi üzrə işə qəbul •Əmək haqqı: 400-500 azn Namizədə tələblər: •Əlaqədar sahədə ən az 3 il iş təcrübəsi •Korporativ mühitdə çalışmış şəxslərə üstünlük verilcək •Sanitariya və gigiyena normaları və qaydaları haqqında bilik •Tibb müəssisələrində sanitariya-epidemioloji tələblərə dair bilk arzu olunandır •Təmizliyə və səliqəyə xüsusi həssaslıq •Kollektivdə və komandada işləmə qabiliyyəti •Müştəriyönümlülük və işinə məsuliyyətli yanaşma Tələblərə uyğun şəxslər e-ünvana CV-lərini göndərə bilər və ya CV doldurmaq üçün həftənin I-VI günləri saat 09:00-19:00 Bakı şəhəri, Abbas Mirzə Şərifzadə küçəsi 34 ünvanında yerləşən Swissdent klinikasının ofisinə müraciət edə bilərlər.

Paylaş: