PULSUZ ELANLAR

500 AZN


Alman dili müəllimi


  • Yeniləndi:
    27 Apr 2024
  • Baxışların sayı: 250
Şəhər Bakı
Yeni? Bəli
Əsas kateqoriya Təhsil mərkəzi və Kurslar
Kateqoriya Digər

Alman dili müəllimi Max Group Education Center həm Azərbaycanlı, həm də xarici vətəndaşlara yüksək keyfiyyətlə Xarici dilləri öyrədən və öz etibarlılığını təsdiq etmiş güvənilir Təhsil Mərkəzidir. Bizim artıq 8 ildən çox təcrübəmiz var. Bizim müəllimlərimiz ən müasir texnologiyalarla işləyirlər, daim özlərini inkişaf etdirir və tələbələrinə yüksək motivasiya və enerji ötürürlər. Bizim missiyamız. İnnovasiyalar sayəsində və tələbələrimizə olan diqqət və qayğı ilə tələbələrimizi Xarici dili öyrənməyə ilhamlandırmaqdır. Bizim ideal müəllimimiz: - Alman dilini yaxşı bilir və sevir (səviyyə B2 və daha yüksək); - tədris / repetitorluq təcrübəsi var; - ünsiyyətçil və pozitivdir; - daim öz biliyi üzərində işləyir və inkişaf etdirir; - tələbəni öyrətməyə və yaxşı nəticəyə çatdırmağa böyük səy göstərir. Siz nə üçün Max Group Edu Center-da işləməlisiniz? - artan gəlir oriyentasiyalı maaş sistemi; - stabil tələbə axını - sizin artıq yeni tələbə axtarmağınıza ehtiyac yoxdur; - dəyişkən iş qrafiki (tam və ya hissəli məşğulluq, sadəcə səhər saatları və ya sadəcə axşam saatları, həftə içi və ya istirahət günləri) - dərslərimiz Bazar ertəsi – Bazar 8:00-23:00 keçirilir. Sizə uyğun olan günləri və saatları özünüz seçirsiniz. - canlı və online dərslər; - korporativ dərslər (müəllimə seçim hüququ verilir); - evdə dərslər (müəllimə seçim hüququ verilir); - öyrənmək və nəticə əldə etmək istəyən tələbələr; - interaktiv dərs materialları.

Paylaş:

Oxşar elanlar