PULSUZ ELANLAR

200 AZN


Mühasibat dərsləri


  • Yeniləndi:
    18 Apr 2024
  • Baxışların sayı: 277
Şəhər Bakı
Yeni? Bəli
Əsas kateqoriya Təhsil mərkəzi və Kurslar
Kateqoriya Mühasibat kursları

Mühasib olmaq istəyənlərə kursda əyani, yaxud onlayn qaydada sadə şəkildə azərbaycan və rus dilində mühasibat dərsləri keçirəm. Tələbələrə 2 ay ərzində mühasibat nəzəriyyəsi kompüter vasitəsilə öyrədilir. Bu zaman bütün sənədlərin düzgün doldurulması qaydaları ətraflı izah edilir. Bundan sonra 1 ay ərzində 1 C kompüter proqramının 8.3 versiyası (yaxud istənilən versiyası) və 1 ay ərzində də BTP proqramı öyrədilir. Dərslər həftədə 3 dəfə 1 saat olmaqla, yaxud 2 dəfə olmaqla 1 saat 30 dəqiqə ərzində tədris olunur. Birinci dərs sınaq dərsidir və pulsuzdur. Dərsdən kənar vaxtlarda ödənişsiz olaraq tələbələrə əlavə tapşırıqlar verilir və onların yerinə yetirilməsi müəllim tərəfindən yoxlanılır, səhvlər düzəldilir. Kursu bitirənlərə sertifikat verilir. Əlavə olaraq bildirirəm ki, sınaq dərsində heç bir ödəniş tələb etmədən tələbələri özümün tərtib etdiyim kompüter “Mühasibat proqramı” ilə tanış edirəm. Bu proqram mühasibatlığın aparılması zamanı buraxılan səhvləri dərhal aşkar edir və son nəticələri dəqiq hesablayır. Arzu edənlərə əlavə olaraq, bu proqramı 1 ay ərzində 12 saat olmaqla tədris edə bilərəm. İrəli sürəcəyiniz hər bir təklifi sınaq dərsində birlikdə müzakirə edə bilərik. Mənim baş mühasib və müəllim kimi iş təcrübəm böyükdür. 2020-ci ildə tərtib etdiyim “İqtisadiyyat xəritəsi” adlı kompüter proqramım bəzi xarici universitetlər tərəfindən bəyənilib.

Paylaş: